Putin və Tramp arasında telefon danışığı tamamilə etibarlı və konstruktiv atmosferdə keçib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O vurğulayıb ki, prezidentlər arasında dialoq iki dövlət başçısı arasında ən uzun danışıqlardan biri olub: "Putin və Tramp arasındakı son telefon danışığı həqiqətən də ən uzun danışıqlardan biri olub və təxminən 2 saat davam edib".
Kremlin sözçüsü Putinlə Tramp arasında telefon danışığının şəxsi görüşə doğru bir addım olduğunu və bazar ertəsi Ər-Riyadda keçiriləcək danışıqlar da belə bir addım olacağını söyləyib.
Peskov Putinlə Tramp arasında son aylarda rəsmi elan edilənlərdən başqa təmasların da olduğunu istisna etməyib.