Məşhur müğənni Demet Akalın sosial media hesabındakı paylaşımında anasının qəza keçirdiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, saatlar sonra növbəti paylaşım edən Akalın anasının son durumunu bildirib.
Sosial media paylaşımları ilə tez-tez gündəmə gələn Demet Akalın bütün günü anasına çata bilmədiyini bildirib.

Anasının yıxılaraq yaralandığını açıqlayan Akalın anası Şenay Akalının fotosunu paylaşıb.
"Səhərdən bəri telefonuma cavab vermir, bax, yıxılıb" deyib.
52 yaşlı müğənni daha sonra "Anamı görməyə gəldim, mesajlarınız üçün təşəkkür edirəm" sözlərini paylaşıb.

Demet Akalından sonra anası Şenay Akalın son görünüşünü yayımladı. Məşhur müğənni “Bu gün ayağa qalxdı” yazdığı paylaşımına bəd nəzər emojisini də əlavə etməyi unutmayıb.