Ağ Ev aprelin 20-dək Ukrayna ilə atəşkəs razılaşmasına nail olmağı hədəfləyir.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadla məlumat yayıb.
“Ağ Ev bu il həm Qərb, həm də Pravoslav kilsələrində Pasxa bayramına təsadüf edən aprelin 20-nə qədər atəşkəs razılaşmasını əldə etməyi hədəfləyir. Lakin etiraf edir ki, iki tərəfin mövqelərindəki əsas fikir ayrılıqlarını nəzərə alaraq, tarix yerini dəyişə də bilər”, - məlumatda qeyd olunub.