Dünyanın ikinci ən varlı adamı evlənir

Amazon-un qurucusu Ceff Bezos və sevgilisi Lauren Sanchez evlənməyə hazırlaşır.
Sherg.az xəbər verir ki, “People” jurnalının məlumatına görə, məşhur cütlük bu yay Venesiyada toy edəcək. Məlum olub ki, 55 yaşlı Sançes və 61 yaşlı Bezos da toy dəvətnamələri göndərməyə başlayıblar.
Cütlüyün iyun ayında 500 milyon dollarlıq Koru adlı yaxtada evlənəcəyi iddia edilmişdi.

Qeyd edək ki, 2019-cu ildə ilk dəfə birlikdə olduqlarını açıqlayan cütlük münasibətlərini diqqət mərkəzindən uzaq yaşamağa üstünlük verib. Bir neçə xüsusi tədbirdə birlikdə görüntülənən cütlük 2022-ci ildə Vaşinqtonda birgə müsahibəsində Bezosun sərvətini xeyriyyəçilik üçün istifadə etməyi planlaşdırdıqları layihələri açıqlayıb.