Əfsanəvi futbolçu Devid Bekhem və həyat yoldaşı Viktoriya Bekhemin keçmiş cangüdəni Kreyq Eynsvort İspaniyada ölü tapılıb. Əfqanıstanda kral dəniz piyadasında xidmət etmiş Eynsvortun vida mesajı açıqlanıb.
Sherg.az “The Sun”-a istinadən bildirir ki, keçmiş Kral dəniz piyadası Kreyq Eynsvortun anası oğlunun ölümünü sosial şəbəkədə elan edib.
Əvvəllər Əfqanıstanda xidmət edən oğlunun travma sonrası stress pozğunluğundan (TSSB) əziyyət çəkdiyini bildirən Salli Facebook-da vida mesajını paylaşıb.
Salli oğlunun hərbi geyimli fotosunu paylaşaraq, "Kreyq, rahat ol" şərhini yazıb.

Kreyqin tam olaraq harada tapıldığı və necə öldüyü hələ açıqlanmayıb. 40 yaşında olduğu bilinən Kreyq 2013-2015-ci illərdə Londonun Holland Parkında yaşadıqları zaman Bekhem cütlüyünün yanında işləyib. Ölümündən bir neçə gün əvvəl Bekhemlərin keçmiş cangüdəninin Facebook-da vida mesajı yerləşdirdiyi məlum olub. Yazıda deyilir: "Əlvida gözəl insanlar. Yaşamaq dünyada ən nadir şeydir. Bir çoxunuz üçün əsl şok yaradacaq, lakin pandemiya qurduğum hər şeyi məhv etdiyindən və dostlarım və həmkarlarım adlandırmaqdan qürur duyduğum gözəl insanları itirdiyim son dörd ildə ən çox ağrını yaşadım."
"İndi AZADAM"
Dostlarından, ailəsindən və "Kral Dəniz Piyadalarının qardaş və bacılarından" üzr istəyən Kreyq deyib: "Xahiş edirəm qəzəblənməyin və ya üzülməyin, mən artıq azadam. Bütün bu müddət ərzində mənə dəstək olan işıq oldunuz, hamınıza necə minnətdar olduğumu ifadə etməyə söz tapa bilmirəm. Mükəmməl bir insan deyildim, amma təmiz ürəklə, yaxşı niyyətlə yaşadım".

Dəfn mərasimi ilə bağlı arzularını dilə gətirən Kreyq paylaşımında bunları bildirib: "Mən dəfn mərasimi istəmirəm. Cəsədimi yandırın və külünü dənizə atın".
2013-2015-ci illər arasında məşhur cütlüyün cangüdəni kimi çalışmış Kreyq, daha əvvəl Conni Depp, Cennifer Lourens və Arnold Şvartsenegger kimi məşhur adlarla çalışıb.

Kreyq , Bekhemin Netflix sənədli filmi yayımlandıqdan sonra cütlük haqqında deyib: "David cazibədar idi. Viktoriya öz halında idi. Uşaqlarla məşğul olurdu, işdə olurdu. Diqqət mərkəzində olmasına baxmayaraq, uşaqları yaxşı davranışlı idi. Bu səviyyədə şöhrətə sahib olmaq və ailə birliyini qorumaq üçün nəyisə düzgün etməlidirlər" demişdi.