İki qütbün mübarizəsi Üçüncü Dünya savaşı yaranana qədər davam edəcək -Rəy
13:45 10.04.2025
Dünya
494
Ona görə də bu toplantı tərəflərin xoş niyyət görüşməsidir
Rusiya ilə ABŞ arasında İstanbulda keçirilən görüş başa çatıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, yerli vaxtla saat 10:00-da başlayan görüş 5 saatdan çox davam edib.
Qeyd edək ki, görüş Rusiyanın İstanbuldakı Baş konsulluğunda keçirilib.
Danışıqlar qapalı formatda aparılıb.
Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a bildirib ki, görüşün İstanbulda baş tutması çox əlamətdar bir hadisədir:
“28 Fevralda baş tutan və indiki İstanbul görüşündə hər iki tərəf öz mənfəətlərinə uyğun nəticə əldə etmək istəyirlər. Putin və Trampın biri-birinə yaxınlaşması Amerika-Rusiya qütblərinin birləşməsi mənasına gəlmir. İkinci Dünya savaşı bitdikdən sonra hələ də Amerika və Rusiya fərqli qütblərdə olan nüvə dövlətləri olaraq mübarizələrini davam etdirirlər. Eyni mübarizə üçün Vyetnam, Koreya, Əfqanıstan və Ukrayna poliqon olaraq istifadə olunub. Həmin müharibə qurtardıqdan sonra belə Amerika və Rusiyanın qarşıdurması bitməyəcək. Bunun olması üçün ya Amerika Rusiya kimi, yada Rusiya Amerika kimi dövlət halına gəlməlidir ki, bu da qeyri-mümkündür. Ona görə də Ukrayna müharibəsi bitib diplomatik əlaqələr bərpa olunsa belə, iki qütbün mübarizəsi Üçüncü Dünya savaşı yaranana qədər davam edəcək. Əgər Üçüncü Dünya müharibəsi baş tutsa, yer kürəsi məhv olacaq. Belə bir deyim mövcuddur ki, “Üçüncü Dünya savaşı olduqdan sonra Dördüncü Dünya müharibəsi daş-kəsək və taxta parçaları ilə aparılacaq”. Ona görə də bu toplantı tərəflərin xoş niyyət görüşməsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou