İran XİN rəhbəri Xameneinin mesajını Putinə çatdıracaq

İran xarici işlər naziri Abbas Araqçi Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinə İranın Ali Rəhbər Əli Xameneinin mesajını çatdıracaq.


APA xəbər verir ki, bu barədə İran XİN başçısı jurnalistlərə açıqlamasında bildirib.


Araqçi Moskvaya səfəri zamanı Ali Rəhbər Əli Xameneinin Rusiya Prezidenti Vladimir Putinə mesajını çatdıracağını bildirib.


O qeyd edib ki, nüvə diplomatiyasını canlandırmaq üçün davam edən səylər fonunda İranın uranı zənginləşdirmək hüququ müzakirə olunmur.