Rusiya Barents dənizi ilə bağlı 2007-ci ildə Norveç, Finlandiya və İsveçlə imzalanmış sazişdən çıxmaq qərarına gəlib.
Teleqraf xəbər verir ki, müvafiq sərəncamı Baş nazir Mixail Mişutsin imzalayıb.
Sənəd bu dənizdə və Avro-Arktika regionunda əməkdaşlığın inkişafına yardım etməli olan Beynəlxalq Barents Katibliyinin yaradılmasını nəzərdə tuturdu.
Bundan əlavə, Moskva fövqəladə halların qarşısının alınması, hazırlıq və cavab tədbirləri sahəsində birgə fəaliyyət haqqında 2008-ci il sazişdən də imtina edir. Qeyd edək ki, müqavilə Danimarka, İslandiya, Norveç, Finlandiya və İsveçin daxil olduğu Barents Avro-Arktika Şurasının ölkələri tərəfindən imzalanıb.