Son sutkada Qəzza zolağında 28 nəfər həlak oldu

İsrailin Qəzza zolağı boyunca səhər saatlarından etibarən həyata keçirdiyi hava hücumları nəticəsindəən azı 28 nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Qeyd edək ki, müharibənin başladığı 2023-cü il oktyabrın 7-də bəri ölən fələstinlilərin ümumi sayı isə 51 mini ötüb.