
Rusiya güzəştə getməsə, nə iki tərəfli, nə də üç və ya dörd tərəfli danışıqlar olacaq -Politoloq
12:33 28.04.2025
Dünya
467
2022-ci ilin fevralından bəri davam edən Rusiya-Ukrayna müharibəsi yalnız region üçün deyil, bütün dünya üçün ciddi geosiyasi və iqtisadi nəticələr yaradıb. Müharibənin gedişində tərəflər arasında dəfələrlə danışıq təşəbbüsləri irəli sürülsə də, indiyədək real nəticə əldə olunmayıb.
Həm Rusiya, həm də Ukrayna tərəfindən sülhə dair müəyyən bəyanatlar səslənsə də konkret addımlar atılmayıb. Danışıqlar prosesində ABŞ və Avropa ölkələri mühüm rol oynayırlar. Lakin həlledici məqam Rusiyanın tutduğu mövqe və güzəştə gedib-getməməsi ilə bağlıdır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, birbaşa danışıqlara hazır olma siqnalı Kiyevdən gəlməlidir.
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlama verib:

"Ukrayna müharibəsində danışıqlar prosesi əsasən Rusiya və ABŞ arasında gedir. Lakin demək olar ki, indiyə qədər hər hansı bir müsbət irəliləyiş əldə olunmayıb və müharibə intensiv şəkildə davam edib. Hazırda Kreml danışıqlarla bağlı Kiyevdən konkret addımlar gözləyir. Rəsmi Kiyev isə daim iki tərəfli danışıqlara hazır olduğunu bildirir, amma burada əsas məsələ Rusiyanın mövqeyidir. Rusiya Prezidenti də iki tərəfli danışıqlara hazır olduğunu bəyan edib. Göründüyü kimi, tərəflərdən bu cür bəyanatlar verilsə də, konkret real addımlar atılmır. İlk növbədə, Rusiya tərəfindən atılacaq addımlar önəmlidir. Bu da müharibəni dayandırmaq və atəşkəs əldə etmək istiqamətində olmalıdır. Burada 30 günlük atəşkəslə bağlı ABŞ prezidenti Donald Trampın da təşəbbüsü var. Vladimir Zelenski 30 günlük atəşkəsə razılıq verib, amma Rusiya tərəfi iki tərəfli danışıqlarda üstün mövqe əldə etmək istəyir və öz iradəsini Kiyevə qəbul etdirməyə çalışır".
Ekspert Avropa dövlətlərinin də bu danışıqlarda mühüm rol oynadığını bildirib:
"Ancaq Avropa ölkələri yalnız Ukraynanın maraqlarını nəzərə alaraq hərəkət edirlər və atəşkəsə birtərəfli şəkildə təsir etməyəcəklər. Düşünürəm ki, ilk növbədə Rusiya danışıqlar üçün müəyyən güzəştlərə getməlidir. Əgər Rusiya güzəştlərə getməsə, nə iki tərəfli, nə də üç və ya dörd tərəfli danışıqlar mümkün olacaq və proseslər müharibə müstəvisində davam edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə