Tramp və Melania haqqında “bomba” iddia: Evlilikləri bitib!
11:47 15.05.2025
Dünya
401
Hər biri ayrı həyat yaşayır
ABŞ Prezidenti Donald Tramp və uzun müddətdir ictimaiyyət qarşısına çıxmayan həyat yoldaşı Melania Tramp haqqında səs-küylü bir iddia irəli sürülüb. İddialara görə, cütlüyün evliliyi faktiki olaraq bitib, hər biri ayrı həyat yaşayır.
Sherg.az xəbər verir ki, daha əvvəl Donald Tramp haqqında bir çox kitab yazmış olan bioqraf Michael Volff, “The Daily Beast” platformasının podkastında verdiyi açıqlamada belə deyib:
“Bu cütlük, evliliyi bizim anladığımız şəkildə yaşamır. Açıq şəkildə deyə bilərəm ki, onlar ayrı həyat sürürlər. ABŞ Prezidenti ilə Birinci xanım artıq ayrılıb.”
Melania Ağ Evdə çox az görünür
Volffun iddiasına görə, Melania, Trampın 20 yanvar andiçmə mərasimindən bu yana Ağ Evdə iki həftədən az vaxt keçirib. O, son aylarda çox nadir hallarda ictimaiyyət qarşısına çıxıb, yalnız Papa Fransiskin dəfn mərasimi və ənənəvi Pasxa tədbiri kimi bir neçə tədbirdə Tramp ilə birgə görünmüşdü.
Rəsmi təkzib gəldi
Ağ Ev-in İctimaiyyətlə Əlaqələr direktoru Steven Cheung, bu iddialara kəskin cavab verib. O, Michael Volffun sözlərini tənqid edərək onu “həqiqətdən uzaq bir bədbəxt” adlandırıb.
Melanianın keçmiş meneceri danışdı
1995-ci ildə Melanianı Milanda kəşf edən və onu Donald Tramp ilə tanış edən keçmiş modellik agentliyi sahibi Paolo Zampolli də məsələ ilə bağlı açıqlama verib:
“Melania Ağ Evi sevir və Birinci xanım olmaqdan qürur duyur.”
Göründüyü kimi iddialar Melania və Donald Tramp arasındakı münasibətlərin sarsıldığını göstərsə də, rəsmi mənbələr bu xəbərləri qəti şəkildə təkzib edir. Bununla belə, Melanianın son dövrlərdə görünməməsi və ayrı yaşamaqla bağlı xəbərlər ictimaiyyətdə suallar doğurmağa davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya