Hikmət Hacıyev: Bakı ilə İrəvan arasında bu istiqamətdə addımlar atılır
Yusif Nəzərli
12:55 18.05.2025
Gündəm
415
“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılmaqdadır”.
Sherg.az Tasnimə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, Cənubi Qafqaz regionunda məhz Azərbaycanın yürütdüyü siyasət nəticəsində torpaqlarımız işğaldan azad olundu, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə təmin etdi: “Regionda sülh üçün çox münbit şərait yaranıb. Cənubi Qafqazda yeni status-kvo və yeni reallıq yaranıb. Bu status kvo da işğala, təcavüzə deyil, beynəlxalq hüququn norma və prinsiplərinə, legitimliyə, qanuniliyə əsaslanan münasibətlərdir. Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin mətni də rəsmi Bakı tərəfindən Ermənistan tərəfinə təqdim olunub. Bu Azərbaycanın regional sülh gündəliyinə nə qədər sadiq olduğunu, nə qədər dəstəklədiyinin bariz təcəssümüdür. Müsbət tərəf odur ki, sülh sazişinin mətni razılaşdırılıb. Bununla bərabər Ermənistanla razılaşdırılmayan açıq məsələlər qalır. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır ki, regionda davamlı, qəti sülhə biz nail olaq. Amma məmnunluqla deyə bilərik ki, Azərbaycan və Ermənistanın müstəqilliyini əldə etməsindən bu yana regionda sülh üçün münbit şərait var. Bu gün regionda həqiqətən sülh, sabitlik var. Defakto deyə bilərik ki, regionda sülh var. Bunun hüquqi çərçivəyə salınması eçün Azərbaycan üzərinə düşən səyləri davam etdirəcək ki, regionda qəti sülh bərqərar olsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
08:54 03.08.2026
Gündəm
Bu həftə pulu çox, kefi kök olacaq BÜRCLƏR
08:48 03.08.2026
Cəmiyyət
Rihanna dayanmaq bilmir!
07:44 03.08.2026
Şou
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
07:07 03.08.2026
Sağlamlıq
Messi dünya çempionatından sonra meydana qayıtdı
06:36 03.08.2026
Futbol
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
05:15 03.08.2026
Aktual
Ariana anoreksiyadan əziyyət çəkir? – Foto
04:34 03.08.2026
Şou