Almaniyadan Makrona etiraz: Fransa ABŞ-ni əvəzləyə bilməz
Yusif Nəzərli
09:57 24.05.2025
Dünya
502
“ABŞ-nin Avropa üçün nüvə çətiri yaxın gələcəkdə əvəz edilə bilməz”.
Teleqraf xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib.
“Yaxın tərəfdaşlarımızla nüvə məsələləri üzrə dərin dialoqda çox maraqlıyıq və bunu konfidensial şəkildə aparırıq. Hesab edirəm ki, bu məsələnin ictimai müzakirəsi yanlışdır. Amma ən əsası odur ki, Amerikanın Avropa üçün nüvə çətiri yaxın gələcəkdə əvəz edilə bilməz və bu barədə fərqli təəssürat yaratmamalıyıq”, - nazir bildirib.
Pistorius əlavə edib ki, hazırda ABŞ qoşunlarının Avropadan əhəmiyyətli dərəcədə çıxarılması və ya nüvə silahlarının qarşısının alınmasından imtina əlamətləri yoxdur.
Xatırladaq ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron müttəfiq dövlətlərlə Avropa ölkələrinin Parisin nüvə çətiri altına alınmasının mümkünlüyü ilə bağlı müzakirələrə başlayacağını açıqlayıb. Almaniya, Polşa, Litva və Danimarka bu məsələnin müzakirəsinə açıq olduqlarını bəyan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ürəyi hər an dayana biləcək qadının həyatı xilas edildi
08:44 02.11.2026
Hadisə
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə