İçərişəhərlə bağlı yeni məhdudiyyət tətbiq edildi
10:37 02.06.2025
Cəmiyyət
302
İçərişəhərin nadir tarixi simasını qorumaq, burada yaşayan sakinlər və ziyarətçilər üçün daha sakit, təhlükəsiz və piyadayönümlü bir mühit yaratmaq məqsədilə nəqliyyatın hərəkətinə dair bəzi yeniliklər tətbiqinə başlanılıb.
Sherg.az xəbər verir ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-dən bildirilib ki, yeni tənzimləməyə əsasən, Qoruq ərazisində rahat hərəkətin təmin edilməsi məqsədilə nəqliyyat vasitələrinin eyni anda olma sayı 300 avtomobillə məhdudlaşdırılıb.
"Ərazidə maşın sayı müəyyənləşdirilmiş limiti keçmədiyi halda qeyri rezindentlərin girişi aşağı tariflərə uyğun olaraq həyata keçirilir: ilk 15 dəqiqə üçün 3 AZN, bu müddətdən sonra növbəti hər saat üçün 5 AZN. Ödənişlər yalnız nağdsiz qaydada ("Azparking", post terminal və s.) mümkündür", - məlumatda bildirilib.
Vurğulanıb ki, bu addımlar İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısındakı statusuna uyğun olaraq tarixi və memarlıq irsini qorumağa, eyni zamanda müasir şəhər idarəçiliyinə uyğun piyadayönümlü məkan yaratmağa xidmət edir.
"Zərurət olmadıqda şəxsi nəqliyyat vasitələri ilə Qoruq ərazisinə daxil olunmaması xahiş olunur. Anlayış və dəstəyiniz üçün təşəkkür edirik", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya