Yaponiya bu avtomobillərin istehsalını dayandırıb

"Suzuki Motor" komponent çatışmazlığı səbəbindən Yaponiya bazarında "Swift" avtomobillərinin istehsalını dayandırıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, "Swift" versiyalarının əksəriyyətinin istehsalı mayın 26-dan iyunun 6-dək dayandırılıb. Gecikmələr Çində ixrac lisenziyalarının ləng işlənməsi ilə bağlıdır.

Hibrid sistemlərin elektrik mühərrikləri üçün lazım olan nadir torpaq metalları əsasən qlobal istehsalın təxminən 70%-nə nəzarət edən Çin tərəfindən təmin edilir.