İsrail Baş Qərargah rəisi Qəzzadakı əməliyyatın davam planlarını təsdiqlədi

İsrail ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir vəziyyəti dəyərləndirmək üçün iclas keçirib və Qəzza zolağında hərbi əməliyyatın davam etdirilməsi üçün əməliyyat planlarını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Eyal Zamir "vəziyyəti qiymətləndirib və Qəzza zolağında əməliyyatı davam etdirmək üçün Cənub Komandanlığının əməliyyat planlarını təsdiqləyib".

Qeyd edək ki, iyunun 1-də Baş Qərargah rəisi hərbi əməliyyatların həm cənubda, həm də sektorun şimalında əlavə ərazilərə genişləndirilməsi barədə göstərişlər verib.