Yaxın Şərqdə gərginlik daha da arta bilər.
Teleqraf "ABC News"ə istinadla xəbər verir ki, İsrail yaxın günlərdə İrana zərbələr endirə bilər.
Kanal məsələ ilə bağlı bir neçə mənbəyə istinad edib.
Məlumata görə, qərar hələlik rəsmi şəkildə qəbul edilməsə də, bölgədəki son hadisələr və artan təhlükəsizlik təhdidləri fonunda bu məsələ fəal şəkildə müzakirə olunur.
Hücumun dəqiq forması və vaxtı açıqlanmasa da, Vaşinqtonun bu hücumda birbaşa iştirak edib-etməyəcəyi qeyri-müəyyən olaraq qalır. Eyni zamanda, ABŞ-ın İsrailə logistik dəstək və kəşfiyyat məlumatlarının paylaşılması ilə yardım göstərə biləcəyi ehtimal edilir.
Qeyd edək ki, İsrail və İran arasında münasibətlər uzun illərdir gərgindir. Son zamanlar regionda artan toqquşmalar və hərbi ritorika vəziyyəti daha da gərginləşdirib.