PKK-nın tərksilah mərasiminin proqramı dəyişdi - Videonu MİT montaj edəcək

PKK-nın 11 iyulda İraqın Süleymaniyyə bölgəsində keçirəcəyi tərksilah tədbirləri canlı yayımlanmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, mərasiminə qonaqların dəvət edilməsi və canlı yayımlanması nəzərdə tutulsa da sonradan bu qərar ləğv edilib. Mərasimin videosu Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) nəzarətindən sonra mediaya təqdim ediləcək.
Məqalə müəllifi qərarın dəyişməsinin səbəbini təhlükəsizliklə əlaqələndirir.