
Kreml xəbərdardır: İran Rusiyanın nüvə texnologiyalarını əldə etməyə çalışır
Yusif Nəzərli
01:08 16.07.2025
Region
293
Rusiya və İran sözdə strateji tərəfdaş olsalar da, əməldə bir-birlərinə qarşı kəşfiyyat işini genişləndiriblər. Müttəfiq dövlətlər adətən bir-biri haqqında kəşfiyyat məlumatları toplamağa çalışmır. Ancaq bu, Rusiya və İrana aid deyil. Almaniyanın “Şpigel” dərgisində Rusiya kəşfiyyatına aid sənədlər yayılıb. Bu sənədlərdə Rusiya Federal Kəşfiyyat Xidmətinin İran ərazisində kəşfiyyat işini genişləndirdiyi yazılıb. Bunun da səbəbi odur ki, İran daha əvvəl Rusiya ərazisində kəşfiyyat işini genişləndirib. Sənədlərdə İranın Rusiyadakı səfirlik əməkdaşlarının Rusiyanın elmi-tədqiqat mərkəzlərində çalışan alimlərlə təmas qurmağa çalışdıqları bildirilib.
Politoloq Elxan Şahinoğlu Sherg.az-a deyib ki, məqsəd Rusiyanın müxtəlif sahələrdəki texnoloji sirlərini ələ keçirməkdir. Ekspertə görə, bunun qarşılığında Rusiya əks-kəşfiyyatı iranlı diplomatlara daha sıx nəzarət həyata keçirməyə başlayıb, kəşfiyyatı isə İran ərazisində fəaliyyətini genişləndirib:

"O da məlum olub ki, Rusiya kəşfiyyat xidməti əməkdaşlarının 2022 və 2023-cü illərdə İsrailə səfərlərinin sayı artıb. Əlbəttə, bu o demək deyil ki, Rusiya İranın nüvə çalışmaları barədə məlumatları İsraillə bölüşüb. İsrailin özünün İranda kifayət qədər kəşfiyyat mənbəyi mövcuddur. Ancaq Rusiya və İsrail kəşfiyyat strukturları arasında əməkdaşlığın mövcudluğu barədə mülahizələr yürütmək olar. Bu isə İranı ciddi narahat etməlidir. Görünür, İran Rusiyanın nüvə texnologiyalarını əldə etməyə çalışır. Kreml bundan xəbərdardır. Moskva İsrailin və ABŞ-nin İranı bombalamasının əleyhinə olsa da, Kreml Vaşinqton və Tel-Əviv kimi qonşuluğunda nüvə dövlətinin formalaşmasını istəmir. Hansı dövlət qonşuluğunda nüvə silahına malik dövlətin olmasını istəyər ki?".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə