
Politoloq: "Qusmanı tək qoymayacağıq"
10:51 25.07.2025
Siyasət
421
"Qusman atacağı addımın nəticəsini öncədən bilməmiş deyildi.."
"O, bir azərbaycanlı kimi Rusiyada yaşayan bütün həmvətənlərimizə yol göstərdi".
"Rusiyanın TASS agentliyində 26 il direktor müavini çalışan həmyerlimiz, sözün əsl mənasında böyük azərbaycanlı Mixail Qusmanın Şuşa Media Forumunda İlham Əliyevə verdiyi sualdan və cavabdan sonra dərhal Putin tərəfindən işdən azad edilməsi heç də təəccüb doğurmur".
Bu barədə "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Ekspert bildirib ki, bu, gözlənilən idi və Mixail Qusmanın ona qarşı hansı tədbirin görüləcəyini bilərək, bunu gözə alaraq Qarabağa gəlməsi onun vətənpərvər olmasından irəli gəlir:

"Forumda söz alaraq sual verən M.Qusman əslində çıxış edərək Prezident İlham Əliyevi həm xarakterizə etdi, həm də onu bir daha beynəlxalq ictimaiyyətə təqdim etdi. Bu təqdimatın dünyada çox tanımış bir Agentliyin yüksək çinli əməkdaşı tərəfindən edilməsi bir uğur idi. Digər nailiyyət isə Qusmanın hazırda ölkəmizə qarşı, ümumiyyətlə sağ-sola kin, aqressiya, hədə və təhdid püskürən bir ölkəni təmsil etməsi ikinci nailiyyətdir. Mixail Qusmanın çıxışı əslində Putinin qara əməllərini ütüləyən və eyni zamanda zaman-zaman Azərbaycana qarşı nifrət püskürən ermənpərəst Rusiya mediasına cavab idi. Biz Vətənə xidmət edən həmvətənlərimizə sahib çıxacaq gücdəyik. Qusmanı tək qoymayacağıq. Qusman çox təcrübəli və uzaqgörən bir şəxsiyyət olmasına rəğmən, atacağı addımın nəticəsini də öncədən bilməmiş deyildi. Əslində Qusman bir azərbaycanlı kimi Rusiyada yaşayan bütün həmvətənlərimizə yol göstərdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm