ABŞ Fələstinlə bağlı konfransdan imtina etdi

ABŞ BMT-də İsrail-Fələstin münaqişəsi ilə bağlı ikidövlətli həllə dair konfransdan imtina edib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin məlumatında bildirilib.

Bildirilir ki, BMT səmərəsiz konfransa ev sahibliyi edir və bu, münaqişəni sona çatdırmaq üçün aparılan diplomatik səylərin içərisində reklamdır:

“Konfrans nəinki sülhü təşviq etmir, hətta müharibəni uzadır. Bu, HƏMAS-ı cəsarətləndirəcək, addımlarına görə mükafatlandıracaq və sülhə nail olmaq istiqamətində göstərilən real səyləri sarsıdacaq”.

Qeyd edək ki, bu gün BMT-də Fələstinə həsr edilmiş konfrans keçirilib.