Putinin planına sərt reaksiya: Zəngəzur və Qarabağda...
Yusif Nəzərli
06:43 21.08.2025
Dünya
377
“Vladimir Putin Luqansk, Donetsk, Zaporojye, Xerson və Krımın işğalını qanuniləşdirməyə, Ukraynanı parçalamağa çalışır”.
Teleqraf xəbər verir ki, bunu Krım türklərinin lideri Mustafa Əbdülcəmil Krımoğlu Türkiyə KİV-ə müsahibəsində deyib.
Krımoğlu Rusiyanın 100 il əvvəl türk dünyasını bir-birindən ayırmaq üçün Zəngəzuru, 1990-cı illərdə isə ermənilərə dəstək verərək Qarabağı işğal etdiyini bildirib.
Tatarların lideri Krımın Rusiyaya güzəştə gedilməsinə razı olmayacaqlarını vurğulayıb:
“Dünən Qarabağ nə idisə, bu gün də Krım elədir. Qarabağın türk kimliyi bütün vəhşiliyə, qan tökülməsinə baxmayaraq silinmədiyi kimi, Krımın da tarixi, etnik və coğrafi kimliyi məhv edilə bilməz. Qarabağımız 30 ildən sonra öz əvvəlki vəziyyətinə qayıdıb. İnşallah, Krım da yenidən türk vətəni statusunu qazanacaq. Krım Putin üçün vazkeçilməzdir. Çünki Krım həm Rusiyanın Qara dənizdəki mövcudluğu, həm də Türkiyəyə yaxınlığı baxımından fövqəladə strateji əhəmiyyətə malikdir”.
Krımoğlu əlavə edib:
“Krım Turanın ürəyidir, bazarlıq edən xaindir. Ən böyük arzumuz rəsmi olaraq Türk Dövlətləri Təşkilatına üzv olmaqdır. Mövcud şərait hamıya bəllidir, amma biz mühacirətdə olan hökumət olaraq ən azı müşahidəçi üzv kimi birliyə daxil olmaq istəyirik. Minlərlə türk övladı Krım üçün qan tökdü. Biz çox əzablar çəkmişik. Krımın ağrısı türk dünyasının ağrısıdır. Mən buradan bəyan edirəm ki, Krım Rusiya ərazisi olmayacaq. İnanırıq və bilirik ki, Qarabağ kimi, Krım yarımadasının da azad edilməsində Türkiyə ilə birlikdə yeni bir dastan yazacağıq. O günlər uzaqda deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı