Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşüb
12:46 25.08.2025
Siyasət
343
25 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Sherg.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, bağlantılar, iqlim dəyişmələri və ətraf mühit, humanitar, təhsil sahələri üzrə əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Ölkəmizin enerji təhlükəsizliyi sahəsində təşəbbüskarı və əsas icraçısı olduğu nəhəng layihələrlə bu istiqamətdə etibarlı tərəfdaş olduğunu sübuta yetirdiyi qeyd edilib, ənənəvi enerji növləri üzrə əməkdaşlığın bu müsbət dinamikasının alternativ enerji mənbələrinin inkişafı istiqamətində davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Bu istiqamətdə, SOCAR və BP şirkətləri arasında bərpaolunan enerji üzrə əməkdaşlığın qurulmasının təqdirəlayiq olduğu vurğulanıb.
Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində Birləşmiş Krallığın sessiyada Baş nazir və heyəti tərəfindən aktiv iştirak və töhfələri məmnunluqla qeyd edilib.
Təhsil sahəsi üzrə əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə təşəbbüslər, ali təhsil müəssisələri arasında yeni tərəfdaşlıqların qurulması, habelə dövlət proqramlarının əhəmiyyəti və bu sahədə işlərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesinin gedişatı barədə ətraflı məlumatlandırıb.
8 avqust 2025-ci il tarixində keçirilmiş tarixi Vaşinqton görüşü çərçivəsində “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanması, habelə ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların bağlanması ilə əlaqədar birgə müraciətin ünvanlanmasının sülh prosesi çərçivəsində əldə olunmuş əhəmiyyətli nailiyyətlərdən biri olduğu vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Birləşmiş Krallığın Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr təşkil olunub. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Birləşmiş Krallıq tərəfindən isə Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti rəhbərlik edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm