
Ramiz Mirzəzadə: "Qarabağ"ın mövcud heyəti futbolumuz üçün kifayət qədər güclü və dəyərli sayılır"
11:26 04.09.2025
İdman
494
Prezident tərəfindən ayrılan 5 milyon avro xüsusi olaraq transfer üçün nəzərdə tutulmayıb
"Qarabağ" rəsmi sosial media hesabları vasitəsi ilə Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsini açıqlayıb.
UEFA-ya göndərilən siyahıda 24 futbolçunun adı yer alıb. Onların sırasında bu yay "Rayo Valyekano"dan (İspaniya) transfer olunan Joni Montielin adı yoxdur.
Ağdam təmsilçisi yarışda aşağıda adları qeyd edilən futbolçularla iştirak edəcək.
Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 97. Fabiyan Buntiç
Müdafiəçilər: 2. Mateus Silva, 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 18. Dani Bolt, 81. Kevin Medina, 3. Sami Mmaee, 13. Bəhlul Mustafazadə
Yarımmüdafiəçilər: 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 32. Hikmət Cəbrayılzadə
Hücumçular: 17. Kamilo Duran, 11. Emmanuel Addai, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə
Qeyd edək ki, Prezident İlham Əliyev “Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar “Qarabağ” futbol klubuna Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Futbol şərhçisi Ramiz Mirzəzadə Sherg.az-a bildirib ki, "Qarabağ" Çempionlar Liqasında iştirak ərizəsini təqdim edib:

"Bütün klublar üçün ərizələrin son göndərilmə tarixi ayın 2-si, gecə saat 2-yə qədər müəyyən olunub. Azarkeşlərin səbirsizliklə gözlədiyi hücumçu transferi isə reallaşmadı. İştirak ərizəsində Kamilo Duran yer alsa da, Joni Montiel yoxdur. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də bildirib ki, futbolçunun mövcud hazırlıq vəziyyəti nəzərə alınaraq adı siyahıya salınmayıb. Daha hazır oyunçular olduğu üçün bu seçim normal sayılıb.
Bu, dünya futbol praktikasında da tez-tez rast gəlinən haldır. Məsələn, “Arsenal” Qabriel Yesusu heyətə salmayaraq, onun əvəzinə daha gənc və hazır futbolçuya üstünlük verib. Oxşar yanaşmanı “Çelsi” və digər böyük klublarda da görmək mümkündür. Məşqçiyə ad yox, 23 hazır oyunçu lazımdır. Gələcəkdə, xüsusilə Azərbaycan çempionatında özünü göstərdikdən sonra həmin futbolçu da Avrokuboklarda iştirak ərizəsinə əlavə edilə bilər. Bu, yalnız komanda “play-off” mərhələsinə yüksəldiyi halda, yəni yanvardan sonrakı proseslərdə mümkündür. Amma Qarabağ üçün Çempionlar Liqasında bu ehtimal o qədər də inandırıcı görünmür. Digər tərəfdən Azərbaycan futbolundakı hazırkı reytinqi nəzərə alsaq, "Qarabağın" Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması çox ciddi bir nəticədir və tarixi hadisədir. Həmçinin hücumçu transferi reallaşsaydı, daha yaxşı olardı. Lakin bu baş verməyibsə, deməli, klub çalışsa da, mümkün olmayıb. Transfer məsələsində uğur qazanmaq da olar, uğursuzluqla da qarşılaşmaq mümkündür. "Qarabağ"ın mövcud heyəti Azərbaycan futbolu üçün kifayət qədər güclü və dəyərli sayılır".
Müsahib vurğulayıb ki, maliyyə məsələlərinə gəldikdə, Prezident tərəfindən ayrılan 5 milyon avro xüsusi olaraq transfer üçün nəzərdə tutulmayıb:
"Bu, klubun idarə olunması və mükafat fondu üçün ayrılan vəsaitdir. Ona görə də bu pulu necə xərcləmək barədə qərarı klub rəhbərliyi verir. İctimaiyyətin “bu pul niyə transferə xərclənmədi?” kimi sualları və tənqidləri başadüşüləndir. Lakin klub azarkeş rəyləri ilə idarə olunmur. "Qarabağ"ın illərlə göstərdiyi nəticələr və qazanılan uğurlar onun atdığı addımları düzgün qiymətləndirdiyini göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm