
Bakı hər gün “gizli toz yükü” ilə nəfəs alır
Yusif Nəzərli
08:03 05.09.2025
Ekologiya
411
Uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olanlar üçün risk daha yüksəkdir
Bakıda son günlər havanın keyfiyyəti ilə bağlı ciddi narahatlıq var. Paytaxt sakinləri tənəffüs çətinliyi, göz və boğazda qıcıqlanma, gündəlik həyat keyfiyyətinə təsir edən problemlərdən şikayətlənirlər.
Problemlə bağlı narahatılığını dilə gətirənlərdən biri də Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədlidir. Problemlə bağlı həyəcan təbili çalan siyasətçi deyib ki, bu, sadəcə müvəqqəti narahatlıq deyil, uzunmüddətli sağlamlıq riskləri yaradan ciddi problemdir. Onun sözlərinə görə, Bakı küləklər şəhəri kimi tanınsa da, bu küləklər çox vaxt təmiz havanı yox, əksinə, çirkliliyi paytaxta daşıyır:

"Şəhərin kənarındakı daş və qum karxanalarında yaranan toz güclü küləklərin təsiri ilə havaya qalxaraq mərkəzə qədər yayılır. Ən çox Abşeron yarımadasında geniş fəaliyyət göstərən daş karxanalarının təsiri hiss olunur. Daşların qırılması, qumun daşınması, üstüörtüksüz yüklərin şəhər istiqamətində daşınması zamanı yaranan toz kütlələri küləklə birlikdə yaşayış massivlərinə, məktəblərə, park və küçələrə qədər yayılır. Məsələni ağırlaşdıran digər amil isə Abşeronun yarımsəhra iqlimidir. Quraqlıq, az yağıntı, yüksək buxarlanma nəticəsində torpaqların qumlaşması və şoranlaşması geniş vüsət alıb. Yaşıl örtüyün azalması ilə çoxlu ərazilər yarımsəhra və qumlu sahələrə çevrilib. Güclü küləklər həm bu qumlu torpaqları, həm də karxanaların tozunu havaya qaldıraraq şəhərə daşıyır. Nəticədə Bakı sakinləri hər gün gözəgörünməz, amma sağlamlığa son dərəcə təhlükəli “toz yükü” ilə nəfəs almağa məcbur qalırlar".
S.Əsədli vurğulayıb ki, bu tozların tərkibində müxtəlif mineral qarışıqlar, tikinti tullantılarından qalmış mikrozərrəciklər, hətta insan orqanizmi üçün zərərli elementlər mövcuddur:
"Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan insanlar üçün risk daha da yüksəkdir. Problem artıq təkcə ekoloji yox, həm də sosial xarakter daşıyır. Karxanaların çoxu nəzarətsiz fəaliyyət göstərir, tələb olunan texnoloji tədbirlər tozun qarşısını alan sistemlər, yolların isladılması, materialların üstüörtüklü daşınması çox vaxt yalnız kağız üzərində qalır. Bakı bu gün seçim qarşısındadır: küləklər şəhəri olaraq qalmaq, yoxsa toz şəhərinə çevrilmək. Paytaxtın nəfəsini qorumaq üçün ciddi tədbirlər görülməli, şəhər ətrafında yaşıllaşdırma və qumlu sahələrin bərpası qaçılmazdır. Əks halda, hər gün aldığımız nəfəs gözlə görünməyən, amma ölümcül təhlükə daşımağa davam edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
20:00 09.07.2026
Futbol
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - GÜNDƏM
19:48 09.07.2026
Gündəm