Səfir: Çin xalqı aqressiyaya qarşı mübarizədə Azərbaycan xalqının dəstəyini unutmayacaq
12:22 08.09.2025
Siyasət
300
“Çin və Azərbaycan İkinci Dünya müharibəsində Qələbənin əldə olunması naminə danılmaz tarixi töhfələr veriblər. Hər iki ölkə multilateralizmin, beynəlxalq bərabərliyin və ədalətin müdafiəsində əsas qüvvədir”.
APA xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bugünkü brifinqdə bildirib.
Səfir qeyd edib ki, Azərbaycan tərəfindən yeni dərc olunmuş tarixi materialları oxuyaraq 40 mindən çox azərbaycanlının Uzaq Şərq və Zabaykalye cəbhələrinin tərkibində xidmət etdiyini və Yaponiyanın Kvantun ordusuna qarşı döyüşlərdə fəal iştirak etdiyini öyrənib: “Onlar Çinin Harbin, Şenyang və Çançun kimi mühüm şəhərləri uğrunda döyüşlərə əhəmiyyətli töhfə veriblər. Çin xalqı aqressiyaya qarşı apardığı mübarizədə Azərbaycan xalqının göstərdiyi dəstək və yardımı heç vaxt unutmayacaq”.
Səfirin sözlərinə görə, beynəlxalq vəziyyət nə qədər gərginləşirsə, bir o qədər Çinlə Azərbaycan həmrəylik və əməkdaşlığı gücləndirməli, dünyaya daha çox sabitlik və müsbət enerji gətirməlidir: “Çin Azərbaycanla birgə səylər göstərməyə, iki dövlət başçısı tərəfindən əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsinə, tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığa töhfə verməyə və daha böyük nəticələr əldə etməyə hazırdır. Çin beynəlxalq bərabərliyin və ədalətin müdafiəsinə, habelə dünya miqyasında sülh və inkişafa daha böyük Çin-Azərbaycan töhfəsi vermək niyyətindədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
16:07 09.07.2026
Siyasət
NATO Sammiti: Ankara Qərb, Rusiya və Asiya arasında balans qurur
15:54 09.07.2026
Gündəm
“Jiquli”nin baqajında daşınan ətlər: İqtisadçıdan XƏBƏRDARLIQ
15:50 09.07.2026
Sağlamlıq
İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir
15:50 09.07.2026
Dünya
AZAL sərnişin daşımalarını 5% artırıb
15:42 09.07.2026
Aktual
14 iyuldan MİQ üzrə test imtahanlarına start veriləcək
15:18 09.07.2026
Elm və Təhsil
Altı ayda 15 420 cinayət qeydə alınıb
14:45 09.07.2026
Gündəm
İranın Buşehr vilayətində partlayış səsləri eşidilib
14:19 09.07.2026
Dünya
Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi
14:06 09.07.2026
Gündəm
Peskov: Tramp hələ ki NATO sammitindən sonra Putinə zəng etməyib
13:57 09.07.2026
Dünya
Tramp: Putin və Zelenski sülh sazişi imzalamaq istəyir
12:51 09.07.2026
Gündəm
Sabunçuda 48 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO
12:44 09.07.2026
Hadisə
Limonadlı qəhvə yeni trendə çevrilir
12:33 09.07.2026
Sağlamlıq
Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
12:33 09.07.2026
Dünya