KİV: Putinin Çinə səfərindən sonra müharibədə yeni mərhələ başlayıb

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərindən sonra Ukrayna müharibəsində yeni mərhələ başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Times" nəşrində məqalə dərc olunub.

Bildirilir ki, Rusiya lideri səfər zamanı Çinlə münasibətlərin "misilsiz səviyyəyə" çatdığını bəyan edib.

"Həm Çin lideri Si Cinpindən, həm də Şimali Koreya lideri Kim Çen Indən Vladimir Putin açıq dəstək alıb. Pekindən qayıtdıqdan sonra V. Putində özünəinam daha da artıb və onun ritorikasında danışıqlara hazır olduğuna dair heç bir işarə qalmayıb".

Qeyd edilir ki, Rusiyanın ilk dəfə Kiyev hökumət binasını raketlə vurması bu yeni mərhələnin əsas göstəricisidir.