Sergey Lavrov və Marko Rubionun görüşü başa çatıb - YENİLƏNİB

Nyu-Yorkda ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş başa çatıb.

APA-nın Moskva bürosu xəbər verir ki, Rubio-Lavrov ikitərəfli danışıqları 50 dəqiqədən çox davam edib.


***

“Vaşinqton hesab edir ki, Kiyev müharibənin dayandırılması üçün Moskva ilə razılaşmalıdır”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Ukraynalılar sülh sazişi ilə razılaşmalıdırlar”, - o deyib.

Rubio iddia edib ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması ABŞ Prezidenti Donald Tramp üçün prioritet məsələdir.