
Abdullah Ağar: HƏMAS “sülhə maneə törədən aktor” kimi damğalanacaq
08:48 02.10.2025
Dünya
320
İsrail və Netanyahu da alət kimi istifadə edilərək, Yaxın Şərqi və dünyanı öz geopolitik maraqları çərçivəsində yenidən dizayna çalışır
"Tramp və Netanyahu Qəzza–Fələstin planını ortaya ataraq “iki dövlətli həll” ümidini, “dövlət qurmaq arzusunu” və “qanla əzabın dayanmasını" əldə etmək üçün silahdan istifadə niyyətindədirlər".
Bu sözləri Sherg.az-a açıqlamasında Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar bildirib.
O qeyd edib ki, Qəzzada indiyədək davam edən şiddət, qırğın, ölüm, dağıntı, aclıq, qıtlıq, yoxsulluq və qeyri-müəyyənlik vasitələri məqsədyönlü şəkildə irəli sürülüb:

"Bunlar həm Qəzza xalqına, həm də HƏMAS-a təzyiq göstərmək, eləcə də xalqı bu təşkilata qarşı bir təzyiq alətinə çevirmək üçün tətbiq olunub. Eyni zamanda beynəlxalq ictimaiyyəti və hədəf dövlətləri qorxutmaq, yönləndirmək və manipulyasiya etmək funksiyasını yerinə yetirib. İndi planın yeni və daha rafinə edilmiş bir tərəfi ortaya çıxır: “Ümidin, arzunun və ağrının sakitləşdirilməsi istəklərini” silaha çevirmək! Yəni “iki dövlətli həll vədi”, “dövlət qurmaq xəyalı”, “Qəzza-nın yenidən qurulması”, “ağrıları azaltmaq üçün humanitar paketlər” artıq prosesin idarə edilməsi, nəzarət və hədəf mexanizmi kimi işlədilir. Bu vədlər beynəlxalq ictimaiyyəti aldatmaq, hədəf xalqların ümidini söndürmək, vicdan reaksiyalarını yatışdırmaq və müqaviməti zəiflətmək üçün vasitəyə çevrilir. Bu, əslində hibrit müharibələrin gözardı edilən başqa bir üzüdür: Ümid və arzular manipulyasiya olunur. Maraqlıdır ki, Fələstin dövləti müəyyən yeni təriflərlə “vəd” sxemləri — “dövlət vədi”, “iki dövlətli həll”, “yenidənqurma”, “humanitar paket” kimi təqdim edilərək, artan qlobal vicdan enerjisini və qəzəbi yatışdırmaq, xarici ictimai dəstəyi parçalayıb dağıtmaq, dövlətlərin siyasət alqoritmlərini uyğunlaşdırmaq və ölkənin müqavimətini parçalamaq potensialına malikdir".
Ekspert əlavə edib ki, planın sərt alternativi daha qabarıqdır ki, bu halda HƏMAS böyük bir çıxılmaz vəziyyətin içinə sürüklənir:
"İstənilən nəticəyə razı salınması üçün ona ağır təzyiqlər göstəriləcək. Razılaşmasa, “sülhə maneə törədən aktor” kimi damğalanacaq. Üstəlik, bu diskurs yeni qırğınlar da daxil edilməklə növbəti addımları legitimləşdirmək üçün istifadə olunacaq. Ümumilikdə mənzərə aydındır: Bu plan ABŞ-nin, İsrailin və Netanyahunun maraq və istəkləri ilə uyğunlaşır. Hətta İsrail və Netanyahu da alət kimi istifadə edilərək, Yaxın Şərqi və dünyanı öz geopolitik maraqları çərçivəsində yenidən dizayna çalışır. Yeni əməliyyatlara meydan açmaq, sahədə yığıntıları formalaşdırmaq və strateji fürsətlərin inkişafına dəstək bu paketinin təbii davamıdır. Nəticə olaraq demək olar ki, İsrail və ABŞ bu fürsəti onlara təqdim edənlərə minnətdar olmalıdırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual