
Aydın Sezer: Həm Putini, həm də Zelenskini razı salmaq asan deyil
13:50 14.10.2025
Dünya
590
Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün əsas açar Avropadadır
Ekspert Ərdoğanın Rusiya və Ukrayna arasındakı sülh yolunu aça biləcək lider olduğunu düşünmür
Rusiya-Ukrayna müharibəsi qlobal güclərin maraq toqquşmasına çevrilmiş ciddi siyasi böhrandır. Sülh üçün müxtəlif vasitəçilik təşəbbüsləri olsa da, nəticə əldə olunmayıb. ABŞ prezidenti Donald Tramp 13 oktyabrda verdiyi açıqlamada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu münaqişədə vasitəçilik edə biləcəyini bildirib. Onun sözlərinə görə, “Ərdoğan Rusiyada hörmət edilir və Putin onu hörmətlə qarşılayır”. Trampın bu fikri regional liderlərin münaqişənin həllində oynaya biləcəyi rolu bir daha gündəmə gətirir. Lakin böhranın arxasında duran böyük güclərin maraqları bu prosesi mürəkkəbləşdirir.
Türkiyəli xarici siyasət üzrə ekspert Aydın Sezer Sherg.az-a açıqlamasında son bir ildə Türkiyə ilə Rusiya arasında müəyyən gərginliklərin yaşadığını söyləyib:

"Dünən Misirdə keçirilən zirvə zamanı Tramp Ukrayna-Rusiya müharibəsi ilə bağlı nəsə edilməli olduğunu xüsusi nümayəndəsi Vitkova müraciətlə bildirdi. Digər tərəfdən, Ərdoğanın həm Zelenski, həm də Putinlə münasibətləri kifayət qədər yaxşı səviyyədə idi. Lakin son bir ildə Türkiyə ilə Rusiya arasında müəyyən gərginlik yaşanır. Bu, əsasən Türkiyənin Qərbin iqtisadi embarqolarına əməl etməsi ilə bağlıdır. Lakin buna baxmayaraq, dialoq qapıları hələ də açıqdır. Tərəflər lazım gəldikdə bir-birləri ilə asanlıqla əlaqə saxlaya bilirlər. Xüsusilə Suriya məsələsində və Türkiyədəki enerji layihələri ilə bağlı təmaslar davam edir. Amma Rusiya-Ukrayna müharibəsində vəziyyət olduqca mürəkkəbdir. Rusiya işğal etdiyi ərazilərdən geri çəkilməyəcəyini açıq şəkildə bildirib və əksinə, Ukrayna qüvvələrinin Donbasdan tamamilə çıxmasını tələb edir. Zelenski isə Rusiyanın 1991-ci il Sovet İttifaqının dağılmasından sonra mövcud olmuş sərhədlərə qayıtmasını istəyir. Bu isə ciddi bir çıxılmaz vəziyyət yaradır. Tramp və onun xüsusi nümayəndəsi Vitkof bu çıxılmazlığı aradan qaldırmaq məqsədilə bir sıra təmaslar qurublar. Alyaska zirvəsi bu cəhdlərin ən önəmlisi idi, lakin konkret nəticə əldə olunmadı".
Ekspert Ərdoğanın Rusiya və Ukrayna arasındakı sülh yolunu aça biləcək lider olduğunu düşünmədiyini bildirib:
"Buradakı şərtlər çox çətindir, həm Putini, həm də Zelenskini razı salmaq asan deyil. Üstəlik, Türkiyə son dövrlərdə NATO-nun qərarlarına uyğun olaraq Ukraynaya silah tədarükünü artırıb. Bu da Ərdoğanla Putin arasında münasibətlərin müəyyən qədər gərginləşməsinə səbəb olub. Bayraktar şirkəti Ukraynada SİHA fabriki tikirdi. Rusiya həmin yerə aviazərbə endirdi. Buradakı əsas məsələ isə Zelenskinin arxasında duran Avropa ölkələrinin sülhü nə dərəcədə istəmələri ilə bağlıdır. Çünki onlar o qədər güclüdürlər ki, Trampa belə meydan oxuya və onun Zelenski və Putinlə apardığı danışıqlara müdaxilə edərək prosesi pozacaq təsir gücünə malikdirlər. Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün əsas açar Avropadadır. Bu ölkələrə xüsusilə də Almaniya, İngiltərə və Fransa daxildir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ürəyi hər an dayana biləcək qadının həyatı xilas edildi
08:44 02.11.2026
Hadisə
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə