
İnfeksionist: Qrip peyvəndi məcburi deyil, amma tövsiyə olunur
Yusif Nəzərli
07:37 15.10.2025
Sağlamlıq
571
Hamilə və xroniki xəstəlikləri olanlar peyvəndi gecikdirməməlidir
Ölkəmizdə mövsümi qrip əleyhinə vaksinasiya davam edir. Xatırladaq ki, vaksinasiyaya oktyabrın 8-dən etibarən başlanılıb. Bu barədə səhiyyə naziri Teymur Musayevin müvafiq əmri var. Bildirilir ki, ölkəyə qrip əleyhinə Fransanın “Sanofi Pasteur” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib. Xüsusilə səhiyyə işçilərinin, hamilə qadınların, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 yaşından yuxarı şəxslərin qripə qarşı peyvənd olunması məsləhətdir. Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.
Eyni zamanda belə məlumatlar da yayılır ki, qrip əleyhinə peyvənd məcburi xarakter daşıyacaq. Koronavirus pandemiyası zamanında olduğu kimi, bütün əhalidən peyvəndlənmək tələb olunacaq. Peyvənd vurdurmamış şəxslərin hərəkət azadlığı məhdudlaşdırılacaq.
Həkim-infeksionist Mərdan Əliyev Sherg.az-a açıqlamasında qeyd etdi ki, qrip əleyhinə peyvənd yalnız tövsiyə olunur. Bu da insanların sağlamlığı, qripə yoluxduqda xəstəliyi daha yüngül keçirə bilmələri məqsədi daşıyır:

- Hazırda qrip pandemiya şəklini almayıb. Covid-19 tamamilə başqa bir vəziyyət idi. Dünyada yayılmışdı, pandemiya şəklini almışdı. Yoluxma, ölüm halları artırdı. Belə vəziyyətlərdə hər bir dövlət qabaqlayıcı tədbirlər görür, onlardan biri də peyvəndləmə və karantin rejiminin tətbiqidir. Covid-19 zamanı ölkəmizdə də bu hal yaşandı. Amma indi sadəcə mövsümi qrip əleyhinə peyvəndləmə aparılır. Nəzərə alınır ki, immuniteti zəif insanlar, xroniki xəstəlikləri olanlar qripə yoluxmanı ağır keçirə bilər. Ümumiyyətlə, peyvənd kampaniyaları həmişə könüllü olur. Kimsə məcbur edilmir, peyvənd vurdurmağa. Amma dediyim kimi, elə vəziyyətlər yarana bilir ki, xəstəlik pandemiya halını alır, bu zaman peyvəndlənmə məcburi ola bilir.
M.Əliyev qeyd etdi ki, payız-qış aylarında qrip virusları, yuxarı tənəffüs yollarının iltihabi xəstəlikləri artdığından qrip əleyhinə peyvənd vurdurmaq məsləhətdir. Amma bu, məcburi deyil:
- Sağlam insanlara peyvənd vurdurmaq tövsiyə olunur. Yaşlı şəxslər, astma, şəkərli diabet, ürək-damar, böyrək və ağciyər xəstəlikləri kimi xroniki xəstəlikləri olanlar, hamilə qadınlar, səhiyyə işçiləri, uşaqlarla və immun sistemi zəif olanlarla sıx təmasda olan insanların peyvənd vurdurması tövsiyə olunur. Əgər insan özündə qrip əlamətləri – öskürək, hərarətin yüksəlməsi, burun tutulması və burun axması, boğaz ağrısı, ümumi halsızlıq, baş ağrısı, iştahsızlıq, əzələ ağrısı, yorğunluq... hiss edirsə, onda bu əlamətlər varsa, peyvənd vurdurmamalıdır. Gözləməlidir, sağalsın, sonra vurdursun. Allergik xəstəlikləri olanlara da peyvənd məsləhət deyil. Bütün hallarda ailə həkimiylə məsləhətləşmək lazımdır. Məlumdur ki, peyvənddən sonra immunitetin yaranması təxminən iki həftə çəkir. Buna görə də xəstəliyə yoluxmadan öncə vaxtında peyvənd olunmaq məsləhətdir. Qripin yayılma mövsümü dekabr ayından mart ayına kimidir. Yaxşı olar ki, qrip əleyhinə peyvənd dekabr ayından əvvəl vurulsun, qabaqlayıcı tədbir olaraq. Peyvənd qripin ağırlaşmalarının (pnevmoniya, sinusit) qarşısını alır. Ona görə də qabaqlayıcı tədbir görməkdə fayda var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya