Netanyahu: HƏMAS silahları təhvil verməlidir

“Ümid edirəm, HƏMAS üzvləri silahlarını dinc yolla təhvil verməyə razı olacaqlar”.
Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu deyib.
“Əvvəlcə HƏMAS silahlarını təhvil verməlidir. Ümid edirəm ki, bunu dinc yolla biləcəyik. Biz buna hazırıq”, - baş nazir bildirib.
Netanyahunun sözlərinə görə, silahların təhvil verilməsindən əlavə, Qəzza bölgəsində silah istehsalı müəssisələrinin olmaması və silah qaçaqmalçılığının qarşısının alınmasını təmin etmək lazımdır.