65 yaşlı tələbə!
65 yaşlı tələbə!
Yusif Nəzərli
06:33 11.10.2023
Dünya
527
47 il sonra universitetə daxil oldu
Türkiyənin Kırşəhər bölgəsində yaşayan Hülya Coşkuntuna 65 yaşında ali məktəblərə qəbul imtahanında iştirak edib və universitet tələbəsi adını qazanıb. 47 il əvvəl lisey məzunu olan Hülyanın bu əzmkarlığı indi dillərdə dastandır.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Hülya Coşkuntuna liseyi bitirdikdən sonra ailə qurub və ancaq övladlarını böyütməklə, ev işləriylə məşğul olub. Anlaşılan, evdar qadın olub. Amma qadın bu illər ərzində ali təhsil almaq arzusundan vaz keçməyib. Bir gün xəyalını gerçəkləşdirəcəyi ümidiylə yaşayıb.
Nəhayət, 65 yaşlı qadın gənclik xəyalını reallaşdırmaq qərarına gəlib. Əvvəlcə Kırşəhər Ahi Evran Universitetinin Ədəbiyyat fakültəsində kurslara yazılıb. Burada aldığı dərslər qəbul imtahanlarında qazanacağı uğuru təmin edib. Qəbul imtahanlarında iştirak edən Hülya Coşkuntuna tələbə adını qazanıb. “Yaşım neçə olursa-olsun, öyrənməkdən heç vaxt əl çəkmədim. Övladlarımı oxutdum, ali təhsilli oldular. İndi də mənim zamanımdır, deyərək təhsil almağa qərar verdim”, - deyən H.Coşkuntuna ali məktəbə daxil olmasında qızının da təsiri olduğunu, qızının onu ruhlandırdığını söyləyib. H.Coşkuntuna tələbəlik həyatını da anladıb: “Burada hamı gəncdir. Mən onların anası yaşındayam. Amma ilk gündən çəkinmədim və onlara dedim ki, biz tələbə yoldaşlarıq artıq. Bundan sonra bir yerdə olacağıq. “Günaydın” deməyi əsirgəməyin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial