İranın xarici işlər naziri Abbas Arakçi Hindistanın Yeni Delhi şəhərində keçirilən BRICS çərçivəsində ABŞ və İsraili sərt sözlərlə tənqid edib.
Sherg.az-ın məlumatına görə, Arakçi bildirib ki, İran ABŞ və İsrailin “qanunsuz hücumlarına” məruz qalıb və bu iddiaların əsassız olduğunu vurğulayıb.
Onun sözlərinə görə, İran heç vaxt təzyiq və ya hərbi güc qarşısında təslim olmayacaq:
“İran yenilməzdir, biz heç vaxt təslim olmadıq və olmayacağıq.”
O, bölgədə sabitliyin yalnız dialoq və diplomatiya ilə mümkün olduğunu qeyd edərək, hərbi həllin olmadığını bildirib.
Arakçi həmçinin ABŞ və İsrailin addımlarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib və BRICS ölkələrini bu siyasətə qarşı daha aktiv mövqe tutmağa çağırıb.