ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski

ABŞ Ukrayna, Rusiya və ABŞ nümayəndələri arasında üçtərəfli görüş təşkil etməyi təklif edib.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Amerika tərəfi texniki səviyyədə danışıqların keçirilməsini təklif edib. Birləşmiş Ərəb Əmirlikləri görüşün mümkün məkanı kimi nəzərdən keçirilir.

ABŞ Prezidenti Donald Trampla belə bir görüşün mümkünlüyü müzakirə edilib. Biz bu təfərrüatı Avropa tərəfi ilə müzakirə edəcəyik, amerikalılar ruslarla danışacaqlar və 10 gündən sonra bu və ya digər fikirlə və nəticə ilə qayıdacağıq”, - o bildirib.