
ABŞ-dan gözlənilməz açıqlama: "Rusiya hücuma hazırlaşır"
13:24 05.12.2021
Dünya
911
ABŞ kəşfiyyat xidmətinin təxminlərinə görə, Rusiya bir neçə ay ərzində Ukraynaya qarşı hərbi hücuma keçə bilər.
Sherg.az 24News.ge istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumatlara görə, döyüş əməliyyatlarında 175 minə qədər rus hərbçisi iştirak edə bilər, onların yarısı artıq Ukrayna ilə sərhəddədir. Mövcud məlumatlara görə, yaxın vaxtlarda Rusiya Ukrayna sərhədinə daha 100 batalyon taktiki qrupu, zirehli texnika, artilleriya və digər texnikanı daşımağı planlaşdırır.
Telekanalın məlumatında bildirilir ki, kəşfiyyat vəziyyəti “heyrətləndirici eskalasiya” kimi qiymətləndirir və Bayden bununla bağlı xəbərdarlıq göndərib və bunun ciddi nəticələr verəcəyini bildirib.
Rəsmilərin sözlərinə görə, sərhəddə yerləşdirilən texnika cəbhə xəttində olan qüvvələrin 10 günə, digər yardımçı hissələrin isə bir ay ərzində təchizatına kifayət edəcək.
Ukraynanın müdafiə naziri Aleksey Reznikovun sözlərinə görə, Rusiya yanvarın sonuna kimi genişmiqyaslı hərbi hücuma start verə bilər. O.Reznikov bununla bağlı kəşfiyyat məlumatlarının olduğunu bildirib. Nazir bildirib ki, Ukrayna vəziyyəti təhrik etmək üçün heç nə etməyəcək, lakin Rusiya Hücum əməliyyatına başlayarsa, cavab verməyə hazırdır.
Xatırladaq ki, iki gün öncə "Washington Post" qəzeti məlumat yayaraq, Rusiyanın 2022-ci ilin əvvəlində 100 nəfərlik batalyonla Ukraynaya hərbi hücuma keçə biləcəyini qeyd etmişdi.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi