ABŞ-dan Rusiyaya yeni zərbə: VTB İrana görə sanksiya siyahısına salındı

ABŞ Rusiyanın VTB bankını İrana qarşı sanksiya proqramına daxil edib.

Sherg.az xəbəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

VTB artıq Rusiyaya qarşı tətbiq edilən bloklayıcı ABŞ sanksiyaları altındadır. Yeni qərar banka qarşı ilk dəfə sanksiya tətbiqi deyil, onun mövcud sanksiya dosyesinə İranla bağlı yeni əsasın əlavə edilməsidir.

Rusiya isə dəfələrlə Qərbin sanksiya təzyiqinin öhdəsindən gələcəyini və anti-Rusiya sanksiyalarının gözlənilən nəticəni vermədiyini bildirib.