ABŞ dövlət katibi Ukrayna XİN başçısı ilə görüşəcək: Silahlar, silahlar və silahlar...

ABŞ dövlət katibi Antoni Blinken Dövlət Departamentinin ictimai cədvəlinə əsasən, bu gün Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, həmin görüş Belçikanın paytaxtı Brüsseldə baş tutacaq. Hər iki nümayəndə ən son Polşanın Varşava şəhərində müdafiə departamentinin həmkarları ilə görüşüblər.

D.Kuleba səhər NATO-nun baş katibi Yens Stoltenberqi ziyarət edib.

O, görüşün ardınca tvitter hesabında yazıb:

"Mən bu gün buraya vacib olan üç şeyi müzakirə etmək üçün gəldim: Silahlar, silahlar və silahlar. 

Ukraynanın təcili ehtiyaclarına, təchizatın davamlılığına və qalib gəlməmizə kömək edəcək uzunmüddətli həll yolları əsas mövzulardır".