ABŞ-ın sərt ritorikası absurddur: “Türkiyə ilə hesablaşmalı...”
Banuçiçək Kalbalıyeva
11:23 12.03.2021
Dünya
672
“Rəsmi Ankara S-400-lər üçün kimdənsə icazə almalı deyil”
“ABŞ özünü dünyanın ağası kimi aparmaqdan əl çəkməli və digər dövlətlərin maraqlarını nəzərə almalıdır”
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu S-400 raketləri ilə bağlı açıqlama verib. O, sözügedən silahları başqa mənbələrdən almağa məcbuq qaldıqlarını deyib: “Türkiyə müdafiə sistemlərinə ehtiyac duyduğu zamanlarda NATO ölkələrindən bu silahı almaq üçün səy göstərdi. Təəssüf ki, NATO ölkələri müxtəlif bəhanələrlə bizə havadan müdafiə sistemi vermədi. Çox ehtiyac duyduğumuz zamanlarda NATO üzvləri Suriya sərhədində bir çox nöqtədən sistemləri geri çəkdi. Belə bir zamanda Rusiya ən yaxşı təklifi verdi və razılaşaraq S-400-ü aldıq”- deyə XİN rəhbəri bildirib.
Hər iki tərəfin regionda maraqlı dövlətlər olduğunu bilirik. Bəzən birinin dediyinin digərinin “boğazından keçmədiyi də” məlumdur. Amma, görünür, “S-400” əməkdaşlığı iki lideri eyni masa arxasına gətirə bilib.
BDU-nun müəllimi, beynəlxalq məsələlər üzrə eskpert Sultan Zahidov iki ölkə arasındakı tərəfdaşlığı “Sherg.az”a şərh etdi:
“Əməkdaşlıq 2015-ci ildən etibarən yüksələn xəttlə davam edir. 2016-cı ildə Rusiya ilə ABŞ arasında problemlərin yaranması ilə sözügedən əməkdaşlıq daha da inkişaf etdi. Beynəlxalq aləmdə həmişə belə olur: güclü dövlətlər arasında münasibətlər pisləşəndə onlar üçüncü tərəflə partnyorluğa başlayırlar. İndi Ankara ilə Moskvanın ümumi geosiyasi maraqları var. Yadınızdadırsa, Rusiya prezidenti Vladimr Putin Ərdoğanın sözünün üstündə durduğunu demişdi. Həqiqətən də, Türkiyə Prezidenti söylədiyi kimi də etdi: S-400-ləri aldı. Bu, tərəflər arasındakı münasibətlərin aydın təzahürüdür”.
S.Zahidov, həmçinn ABŞ faktoruna da toxundu:
“Türkiyə rəsmi Vaşinqtona dəfələrlə dedi ki, münasibətlərə yenidən baxılmasının tərəfdarıdır. Amma ABŞ ancaq özünü düşünür, özünü yeganə superdövlət kimi aparır.
Həmin ritorika isə, əlbəttə, qardaş ölkənin xoşuna gəlmir. Bundan sonra Türkiyə üçün hansısa problemlərin yaşanacağını düşünmürəm. Birincisi, o, artıq sözügedən silahları alıb. İkncisi isə hər bir suverən dövlətin başqa biri ilə əməkdaşlıq etmək hüququ var. Yəni Türkiyə kimdənsə icazə almalı deyil.
Proseslərə təsir göstərən yeganə amil ABŞ-ın mövqeyidir. Fikrimcə, ABŞ özünü dünyanın ağası kimi aparmaqdan əl çəkməli və digər dövlətlərlə də hesablaşmalı, onların da maraqlarını nəzərə almalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol
Qan donduran hadisə: Evdən 14 uşaq çıxdı - Çinli cütlük saxlanıldı
15:12 07.10.2026
Hadisə
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
15:10 07.10.2026
Dünya