ABŞ Konqresi Krım körpüsü ilə əlaqəsi olan hər kəsə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Yusif Nəzərli
05:21 20.03.2024
Dünya
304
ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü Qreqori Miks Krım körpüsünün tikintisi, təmiri və saxlanması ilə hər hansı şəkildə əlaqəsi olan bütün insanlara və şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
APA Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə konqresmenin Konqresin müzakirəsinə təqdim etdiyi qanun layihəsində deyilir.
Qanun layihəsi martın 15-də Konqresə təqdim edilib, sonra ölkə Nümayəndələr Palatasının Məhkəmə-Hüquq Komitəsi və Xarici Əlaqələr Komitəsinə göndərilib.
Qanun layihəsi Nümayəndələr Palatasında və Senatda təsdiqlənsə, daha sonra ABŞ prezidenti tərəfindən imzalansa, qanuna çevriləcək.
Qeyd edək ki, keçən həftə Krım parlamentinin rəhbəri Vladimir Konstantinov bildirib ki, Krımın Rusiya Federasiyasına birləşdirilməsi ABŞ-ın bu ölkənin hərbi dəniz qüvvələrinin 6-cı (Aralıq dənizi) donanmasının gəmilərini regionda yerləşdirmək planlarına mane olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol