ABŞ Livan siyasətçilərinin adını sanksiyalar siyahısına əlavə edib

ABŞ “Hizbullah”la əlaqəli olduğu bildirilən Livan siyasətçilərinin adını sanksiyalar siyahısına əlavə edilib.

APA xəbər verir ki, bu barədə “Naharnet” xəbər portalı məlumat yayıb.

Məlumata görə, adı sanksiyalar siyahısına əlavə olunanlar arasında 2016-cı ildə prezidentliyə namizəd olan xristian “Marada” partiyasının lideri Süleyman Franjie də var.

O, öz siyasi ambisiyalarını həyata keçirmək üçün “Hizbullah”dan maliyyə dəstəyi almaqda ittiham olunur.

“Hizbullah”ın siyasi şura sədrinin müavini Mahmud Kummatiyə də Livan və İsrail arasında sülh prosesinə mane olduğuna və hökumətin “Hizbullah”ın hərbi qüvvələrini tərksilah etmək qərarını pozmağa cəhd etdiyinə görə sanksiyalarla üzləşib.