ABŞ-nin baş prokuroru Pem Bondi vəzifəsini tərk edərək özəl sektora keçir.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Bildirilib ki, baş prokuror vəzifəsini müvəqqəti olaraq onun müavini Todd Blanş icra edəcək.
Ağ Ev rəhbəri P.Bondinin fəaliyyətini yüksək qiymətləndirib:
"Pem Bondi ABŞ-nin böyük vətənpərvəri və mənim sadiq dostumdur. O, ötən il baş prokuror kimi vicdanla çalışıb. Pem ölkə üzrə cinayətkarlığa qarşı genişmiqyaslı mübarizəyə nəzarət edərək böyük işlər görüb. Nəticədə qətllərin sayı 1900-cü ildən bəri ən aşağı səviyyəyə enib. Biz Pemi sevirik".