ABŞ İranla münaqişəni zərurət olmadan uzatmayacaq.
Bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset Kolorado-Sprinqs şəhərinin hava limanında jurnalistlərə bildirib.
İran əleyhinə kampaniyanın ilin sonunadək başa çatdırılmasının mümkünlüyü ilə bağlı suala cavab verən Heqset bildirib ki, “qərarı Ali Baş Komandan verəcək”. O vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp əməliyyatların əsassız şəkildə uzadılmasına imkan verməyəcək və administrasiya öz missiyasını anlayır, onun yerinə yetirilməsi üçün zəruri imkanlara malikdir.
“Ali Baş Komandan bu əməliyyatı zərurət olmadan davam etdirməyəcək. O, qarşıda duran vəzifənin nədən ibarət olduğunu anlayır. Bizə nə vaxt tapşırıq verilsə, onu yerinə yetirəcəyik”, – deyə Pentaqon rəhbəri bildirib.