ABŞ rəsmisi: Avropa Ukraynadakı müharibənin yükünü öz üzərinə götürməlidir

Ukraynadakı müharibənin maliyyə yükünü əsasən Avropa ölkələri daşımalıdır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib.

"Avropalı müttəfiqlərimizin Avropa qitəsində gedən müharibənin yükünü öz üzərlərinə götürməsini gözləyirik. Amma ABŞ bu prosesdən kənara çəkilmir. Üzərimizə düşəni etməyə davam edəcəyik. Eyni zamanda müttəfiqlərimizin də bu səylərə qoşulacağına ümid edirik", - o bildirib.

Uitaker həmçinin iyulun 7-8-də keçiriləcək NATO sammitində Kiyevə uzunmüddətli dəstəklə bağlı mühüm açıqlamaların veriləcəyini gözlədiyini bildirib.

"Düşünürəm ki, ABŞ və müttəfiqlərinin açıqlamaları əhəmiyyətli olacaq. Hər kəsin səylərini artırdığını görəcəksiniz", - ABŞ-nin NATO-dakı daimi nümayəndəsi vurğulayıb.