ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinə nüvə silahlarının azaldılması ilə bağlı yeni saziş təklif etdiklərini bildirib.
Sherg.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında nüvə silahsızlaşdırma üzrə razılaşma əldə olunmasının mümkünlüyündən danışıb və bunun üçün tərəflərin hamısının razılığının vacib olduğunu vurğulayıb.
Onun sözlərinə görə, ABŞ belə bir sazişin imzalanmasında maraqlıdır, lakin tərəflərdən birinin bu ideyaya daha çox, digərinin isə daha az isti yanaşdığı bildirilir.
Qeyd edək ki, daha əvvəl ABŞ və Rusiya arasında mövcud Strateji Hücum Silahlarının Azaldılması (DSNV) sazişinin uzadılması barədə razılıq əldə olunub və tərəflər nüvə məsələləri üzrə danışıqları davam etdirməyi planlaşdırır.