ABŞ və Çinin XİN başçıları arasında telefon danışığı olub
Yusif Nəzərli
06:11 15.10.2023
Dünya
398
ABŞ dövlət katibi Entoni Blinken şənbə günü Çinin xarici işlər naziri Van İ ilə telefon danışığında Yaxın Şərqdə sabitliyin qorunmasının və digər tərəflərin İsrail-Fələstin münaqişəsinə girməsinin qarşısının alınmasının vacibliyini müzakirə edib.
“Report”un xəbərinə görə, bu barədə Dövlət Departamentinin danışıqların yekunlarına dair yaydığı məlumatda deyilir.
“ABŞ Administrasiyasının İsraili dəstəkləmək və radikal HƏMAS hərəkatının terror hücumlarını pisləmək üçün intensiv diplomatik səylərinin bir hissəsi olaraq, dövlət katibi ABŞ-ın İsrailin özünümüdafiə hüququna dəstəyini təkrarladı və HƏMAS-ın hücumlarını dərhal dayandırmağa və onların azad edilməsinə çağırdı. Dövlət katibi regionda sabitliyin qorunmasının və digər tərəflərin münaqişəyə girməsinin qarşısının alınmasının vacibliyini müzakirə edib”, - sənəddə qeyd olunur.
Söhbət zamanı tərəflər açıq rabitə kanallarının saxlanmasının və ABŞ və Çin arasında münasibətlərin məsuliyyətli idarə olunmasının vacibliyini qeyd ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət