ABŞ və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr Hörmüz boğazında tranzit rüsumlarının tətbiq edilməsinə qarşı olduqlarını bəyan ediblər.
APA xəbər verir ki, bu barədə Manamada keçirilən nazirlər görüşünün yekun sənədində qeyd olunub.
Bəyanatda Hörmüz boğazında sərbəst və məhdudiyyətsiz gəmiçiliyin regional və qlobal təhlükəsizlik üçün əsas şərt olduğu vurğulanıb.
Tərəflər həmçinin Oman və Beynəlxalq Dəniz Təşkilatının boğazda qalan 11 mindən çox dənizçinin təxliyəsi təşəbbüsünü alqışlayıblar.