Adada yoxa çıxan turistlər: Kimsə harada olduqlarını bilmir
Yusif Sultanoğlu
09:30 10.07.2024
Dünya
533
İspaniyanın Tenerife adası avropalı turistlərin ən çox səyahət etdiyi yerdir. Lakin son zamanlar bu adada itkin düşənlərin sayı getdikcə artır. 19 yaşlı Jay Slater Tenerifede son 6 ayda itkin düşən 11 nəfərdən biridir.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, adada itkin turistlərin sayının getdikcə artmasında səbəb kimi buradakı narkotik maddə ticarəti və narkoticarətlə məşğul olan qruplar arasındakı mübarizə göstərilir. Hər il milyonlarla turist bu adaya istirahətə gəlir. Turistlərin bu bölgəni seçməsi qiymətlərin çox da baha olmamasıyla bağlıdır. Amma ucuz qiymətlər bir çoxlarının həyatına baha başa gəlir. 19 yaşlıi Jay Slater Tenerifedə keçirdiyi tətil günlərinin birində itkin düşüb. 13 gün axtarılan gəncdən heç bir iz-soraq tapılmayıb. Gənc sirli bir şəkildə yoxa çıxıb. Yerli polis, axtarış qrupları gənci hər addımda axtarıb, amma axtarışlar nəticəsiz qalıb. Onun barəsində ən son məlumat Masca vadisində olduğuna dair alınıb, lakin gəncin orada da olmadığı müəyyənləşib. Ailəsi isə gəncin itkin düşməsində adadakı gecə həyatından şübhələnir. Bu isə adadakı nə ilk, nə də sonuncu itkinlikdir. Tenerife adası turistlərin sirli yoxa çıxması hadisələriylə məşhurdur. Bir neçə il adada meksikalı qadın - 27 yaşlı Mariel Gonzalez Gutierrez iki yaşlı oğlu Sebastian Cobos Gonzalezin Tenerifedə itdiyini bildirmişdi. Belaruslu bir qadın da oğlunun 27 martda adada itkin düşdüyünü bildirib. 28 yaşlı Nataliya oğlunun şəkillərini sosial şəbəkədə də paylaşıb. İspaniya polisi axtarışda olan Laura adlı qadını başına torba keçirilmiş, əli, qolu kəsilmiş halda sahildə tapıb. Qadının axşam saatlarında yoqa məşğələsinə getdiyi müəyyənləşib. İrlandlyalı, 28 yaşlı futbolcu Ryan Cooney isə ötən ilin noyabr ayında Tenerifedə tətil zamanı soyğunçuların hücumuna məruz qalıb, bundan sonra isə ondan heç bir xəbər alınmayıb. Adada hər il turistlər itkin düşür, yoxa çıxırlar. Yerli polis isə itkinləri tapmaqda çətinlik çəkir. Adada narkoticarətin kökünü kəsmək də mümkün olmur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Amerikalı general: "Rusiya müharibədə İrana yardım göstərib"
23:52 30.04.2026
Gündəm
İnfantino İran yığmasının DÇ-2026-da iştirakını təsdiqləyib
23:29 30.04.2026
Futbol
“Neftçi” “Qarabağ”ı məğlub edib
23:07 30.04.2026
Dünya
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
22:48 30.04.2026
Futbol
“Sevərək, xırda-xırda yığdığım evimdən çıxdım”
22:34 30.04.2026
Şou
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm