
Ağ Ev İsrailə təzyiqi gücləndirib: Tramp yenidən Netanyahunu xilas edəcəkmi?
Yusif Nəzərli
06:02 24.10.2025
Dünya
576
Əlimusa İbrahimov: “Atəşkəsi pozmaq istəyən tərəf HƏMAS deyil, Netanyahudur”
ABŞ Prezidenti Donald Tramp Qəzzaya səfər edəcəyini açıqlayıb. Tramp bu barədə "Taym" jurnalına müsahibəsində bildirib. Jurnalistin müvafiq sualına "bəli, gedəcəyəm" deyə cavab verib. ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlar zamanı Qəzza zolağında münaqişənin həlli üzrə sülh sazişinin növbəti mərhələlərinə keçid üçün şans və zaman verilməsini xahiş edib. Məlumata görə, 22 oktyabrda keçirilən görüş zamanı Vens Netanyahudan maksimum əməkdaşlıq göstərməyi xahiş edib və Vaşinqtonu narahat edən bəzi məqamları qeyd edib. O, xüsusilə son günlərdə İsrail hərbçilərinə qarşı hücumlara cavab olaraq HƏMAS tərəfdarlarının mövqelərinə endirilən zərbələrə və Qəzzaya humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətlərə diqqət çəkib, İsrail tərəfini təmkinli olmağa çağırıb. Netanyahu ABŞ vitse-prezidentinə İsrailin sülh razılaşmasının çərçivələrinə sadiq qalacağını və yaxın vaxtlarda tərəflərin sazişin növbəti mərhələlərinə keçəcəyinə ümid etdiyini bildirib. Ağ Ev Qəzzadakı vəziyyətin hazırkı gedişatından məmnunluq ifadə edib. ABŞ Prezidenti Donald Trampın administrasiyası hesab edir ki, vəziyyəti nəzarət altında saxlamaq və eskalasiyanın qarşısını almaq mümkün olub. "Voll Strit Jurnal" nəşri isə məlumat yayıb ki, ABŞ və İsrail Qəzzanı İsrail və HƏMAS tərəfindən nəzarət olunan ayrı-ayrı zonalara bölən bir planı nəzərdən keçirirlər. Bu plana görə, bərpa işləri yalnız İsrail tərəfinə aid olan zonalarda həyata keçiriləcək və bu, HƏMAS tərk-silah edilənə və hakimiyyətdən uzaqlaşdırılana qədər müvəqqəti bir tədbir kimi nəzərdə tutulur. Qeyd edək ki, Qəzza missiyasının yaradılması məqsədilə Mülki-Hərbi Koordinasiya Mərkəzi təsis edilib. Bu quruma bağlı olaraq təhlükəsizlik patrulu, mülki infrastrukturun qorunması, humanitar yardım, sərhəd təhlükəsizliyi, yerli təhlükəsizlik qüvvələrinin təlimi və atəşkəsin izlənməsi kimi vəzifələrə cavabdeh Beynəlxalq Sabitləşdirici Qüvvələrin yaradılması planlaşdırılır. Türk Silahlı Qüvvələrinin də həmin missiyada yer alacağı deyilir.
Yaxın Şərqdə yaranmış vəziyyəti Sherg.az-a dəyərləndirən BDU-nun professoru, politoloq Əlimusa İbrahimov deyib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens ilk rəsmi səfərlə İsrailə gəldiyi zaman təyyarədən düşən kimi birbaşa Qəzza sektorunda Vaşinqton tərəfindən yaradılmış koordinasiya qərargahına yollandı. Siyasi şərhçi xatırladıb ki, Vensdən bir gün əvvəl ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkof və ABŞ prezidentinin kürəkəni Cared Kuşner İsrailə səfər etmişdi:

"Mütəxəssislərin fikrincə, Ağ Evin son günlərdəki diplomatik fəallığı İsrail Baş naziri Benyamin Netanyahunun HƏMAS-la bağlanmış müqavilədən çıxmağı planlaşdırdığı ilə bağlı narahatlıqlarla əlaqədardır. Deməli, İsrail tərəfi və Netanyahu komandasının iddialarının əksinə olaraq uzun müzakirələr nəticəsində əldə edilmiş atəşkəsin pozulmasında HƏMAS-dan daha çox qarşı tərəf maraqlıdır. Yəni HƏMAS tərəfindən təhlükə gözlənsəydi, ona qarşı təzyiqlər işə düşərdi. İsrailə qarşı addımların atılması və kütləvi informasiya vasitələrinə sızan xəbərlər Netanyahunun yaranmış vəziyyətdən razı qalmadığı istiqamətindədir. Bu dəfə atəşkəsi pozmaq ona müyəssər olacaqmı? Yaxud Tramp yenidən Netanyahunu qorumaq üçün əvvəlki taktikasını işə salacaq? Bunu zaman göstərəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya