
Ağ Ev rəhbəri Baydenin "mirasını" davam etdirmədi: Erməni diasporunun Trampa qarşı qəzəbi yaranıb
10:05 25.04.2025
Dünya
476
Asif Nərimanlı: Trampın qondarma erməni soyqırımıa münasibətdə "soyqırımı" ifadəsini işlətməməsi ABŞ-nin geri addım atması kimi başa düşülə bilər
Amerika Erməniləri Milli Komitəsi (ANCA) ABŞ Prezidenti Donald Trampın aprelin 24-dəki müraciətində “soyqırımı” ifadəsindən istifadə etməməsindən hiddətlənib.
ANCA-nın rəhbəri Aram Ambaryan Trampın bu qərarını utancverici bir geri çəkilmə adlandırıb.
O bildirib ki, Tramp "Türkiyənin təhdidlərinə boyun əyib və məsuliyyətdən yayınmağa çalışıb".
Ambaryan, eyni zamanda, respublikaçıların “soyuq münasibətindən” gileylənərək demokratların dövründə Vaşinqtonun Ermənistana siyasi jestlər etdiyini və hüquqi çəkisi olmayan terminlərlə fəal şəkildə çıxış etdiyini xatırladıb.
Politoloq Asif Nərimanlı Sherg.az-a bildirib ki, Trampın qondarma erməni soyqırımıa münasibətdə "soyqırımı" ifadəsini işlətməməsi ABŞ-nin geri addım atması kimi başa düşülə bilər:

"Çünki ilk dəfə Bayden prezident olduğu dönəmdə "soyqırım" ifadəsini işlətmişdi. Bu, ermənilər üçün ən böyük jest idi. Ermənilərin əsas hədəfi də elə bundan ibarət idi. Onlar düşünürdülər ki, sonrakı dövrdə də Ağ Ev rəhbərləri Baydenin "mirasını" davam etdirəcək. Lakin Tramp faktiki olaraq, ABŞ-ni əvvəlki siyasətinə qaytardı. Nəticədə bu gün Ermənistan planlarının yenidən sıradan çıxması ilə qəbullana bilmir. Odur ki, ANCA da daxil olmaqla, erməni diasporunun Trampa qarşı qəzəbi yaranıb. Tramp administrasiyası sözügedən ittihamlara cavab verməyəcək. Bu, onun üçün o qədər də önəmli məsələ deyil. Sadəcə ermənilərin indiyə kimi nail olduğu məqsədin yenidən sıradan çıxması kimi qiymətləndirilməlidir. Əslində Bayden administrasiyasının "soyqırımı" ifadəsini işlətməsini ermənilərə verilmiş ən yüksək hədiyyə kimi qəbul etmək olar. Digər tərəfdən Baydenin ifadəsi Türkiyəyə qarşı hüquqi və siyasi müstəvidə hər hansı mexanizm formalaşdırmayıb. Yəni o demək deyil ki, həqiqətən belə bir "soyqırımı" olub və Türkiyə buna görə cavab verməlidir. Ümumiyyətlə respublikaçılar qondarma erməni soyqırımına yanaşma tərzi tarixi hadisəyə doğru mövqe sərgilənməsinin nümunəsidir".
Politoloqun sözlərinə görə, Tramp özü də bu məsələdə siyasi məqsəd güdür:
"Məhz respublikaçılar daha praqmatik düşünürlər. Onlar hər zaman başa düşürlər ki, erməni diasporunun iddialarını dəstəkləmək ABŞ-nin milli maraqlarına uyğun deyil. Həmçinin Vaşinqton üçün Türkiyənin strateji əməkdaşlığının nə qədər önəmli olmasını anlamaq kifayətdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın hava proqnozu açıqlanıb
12:37 19.09.2026
Ekologiya
20 Sentyabr tarixi dönüş nöqtəsidir - ŞƏRH
12:28 19.09.2026
Gündəm
Erməni ordusu müharibəyə hazırlaşır: 500 km uça bilən PUA...
12:05 19.09.2026
Dünya
Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı
11:57 19.09.2026
Hadisə
Elşad Namazov vəzifəsindən ayrıldı
11:39 19.09.2026
Cəmiyyət
Tramp: Çinlə münasibətlərimiz yaxşıdır
11:29 19.09.2026
Dünya
Azərbaycan duz istehsalını 18 %-ə yaxın artırıb
11:15 19.09.2026
İqtisadiyyat
Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
11:03 19.09.2026
Mədəniyyət
Tramp BMT Baş Assambleyasında Zelenski ilə görüş planlaşdırmayıb
10:57 19.09.2026
Dünya
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? – SÜRPRİZ
10:54 19.09.2026
İnfrastruktur
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
10:52 19.09.2026
Aktual
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq
10:45 19.09.2026
Mədəniyyət
Harri Keyn Bundesliqada tarix yazdı
10:37 19.09.2026
Futbol
Zaxarova: Rusiya və Gürcüstan xalqları bir-birinin həsrətindədirlər
10:09 19.09.2026
Dünya
Antiterror tədbirləri: DİN-in döyüş yolu
10:06 19.09.2026
Tarix